Proqramlar

Layihələr:

2006-ci il

Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə dair Konfrans və bu sahədə fəaliyyə göstərən QHT və icma əsaslı mərkəzlərin Sərgisi, Yanvar – May 2006

Yuvenal Ədliyyə Sisteminin İnkişafı və Yuvenal Ədliyyə sistemini təşkil edən qurumların fəaliyyətinin monitorinqi, ATƏT-in Bakı Ofisi, Yanvar – İyun 2006

«Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq» layihəsinin 2-ci fazasının Azərbaycanda həyata keçirilməsi, Avropa Birliyi Komissiyası və UNİCEF, May 2005 – İyun 2006

Uşaqlara qarşı cinsi zorakılıq, uşaqların istismarı, uşaq fahişəliyi və pornoqrafiyasına qarşı mübarizəyə dair təlim proqramı, Uşaq Hüquqları Konvensiyası üzrə QHT Qrupu (İsveçrə), Fevral-Mart 2006

2005-ci il

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Uşaq Hüquqları Konvensiyasının icrası və uşaqların vəziyyətinə dair alternativ QHT hesabat hazırlayarıq BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edib.
Azərbaycan Yuvenal Ədliyyə İdarəçiliyinin mövcud durumu ilə bağlı hesabat hazırlayıb və həmin hesabatı Azərbaycan və İngilis dillərində nəşr etdirib.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Uşaq Hüquqları üzrə Ombudsman İnstitutunun yaradılması ideyası ilə çıxış edib, bu məsələ ilə bağlı QHT-lərin, kütləvi informasiya vasitələrinin, dövlət təşkilatlarının, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə konfrans keçirib və QHT Alyansı üzvlərinin bununla bağlı məktubunu Azərbaycan Respublikasının Presidentinə ünvanlayıb.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Ailə və Uşaq məsələləri üzrə Dövlət Komitəsi yaradılması ilə bağlı təklif irəli sürüb və bu məsələ ilə bağlı Azərbaycan Respublikasının baş nazirinə müraciət ünvanlayıb.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycan Yuvenal Ədliyyə İdarəçiliyi mövzusunda Konfrans təşkil edib ki, həmin konfransda də dövlət, qeyri-hökumət təşkilatları, KİV və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri ilə yanaşı, müstəqil ekspertlər və xaricdən dəvət edilmiş mütəxəssislər də iştirak edib və ideyanın zəruriliyini və zamanın tələbi olmasını bildiriblər.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Kampaniyasının 2005-2006-cı illəri əhatə edən ikinci fazasının icrasına başlayıb.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı zəif eşidən uşaqlar üçün minüatür eşitmə aparatlarının alınması məqsədilə xeyriyyə konserti təşkil edib.

Regionlarda və paytaxtda uşaq problemləri, uşaqların istismrı, uşaq əməyindən istifadə və s. məsələlərlə bağlı 2000-ə qədər uşağı əhatə edən uşaq forumları həyata keçirib.

2004-cü il

Azərbaycan QHT Alyansı Azərbaycanda xüsusi ğaygıya ehtiyaci olan uşaqlar üçün inklüziv təhsil imkanlarını və deinstitutlaşdırmanı əhatə edən araşdırma aprıb və hesabat hazırlayıb.

Azərbaycan QHT Alyansı Uşaq Hüquqları Konvensiyasının icrası və uşaqların vəziyyətinə dair BTM-nin Uşaq Hüquqları Komitəsinə təqdim edilməsi nəzərdə tutulan alternativ QHT hesabatının hazırlanması məqsədilə QHT koalisyası yaradıb.

2003-ci il

Azərbaycan QHT Alyansı uşaqların iştirakı ilə Unicef və Avropa Birliyi tərəfindən maliyyələşdirilən Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Kampaniyasına həsr edilmiş və uşaq hüquqlarının inkişafını nəzərdə tutan 1 dəqiqəlik filmlərin çəkilişini həyata keçirib.

Azərbaycan QHT Alyansı ölkə üzrə Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq Kampaniyası təskil edib ki, bunun da çərçivəsində Heç Bir Uşağı Nəzərdən Qaçırmayan Kampaniyası ilə bağlı uşaqların rəsm və plakat müsabiqəsi keçirilib. Bu kampaniyanın nəticəsi olaraq Azərbaycan və İngilis dillərində vəsait hazırlanaraq hökumət, QHT-lər və uşaqlar arasında yayılıb.

Azərbaycan QHT Alyansı uşaq hüquqlarının tədrisi ilə bağlı bir illik kampaniya təşkil edib və uşaqlar, müəllimlər, mərkəzi və yerli hakimiyyət orqanları, QHT numayəndələri üçün 50 müxtəlif təlim və seminar keçirib, QHT-lər və müəllimlər üçün xüsusi təlim vəsaiti və uşaqlar üçün uşaq hüquqlarını öyrədən vəsait nəşr etdirib.

İllik kampaniyanın sonunda Azərbaycan QHT Alyansı hökumətin, QHT-lərin, uşaqların və KİV-in nümayandələrini bir araya gətirərək Azərbaycanda 1-ci Milli Uşaq Konfransı təşkil edib ki, həmin tədbir çərçivəsində də Heç Bir Uşağı Nəzərdən Qaçırmayan Kampaniyası ərzində QHT-lərin uşaq hüquqları ilə bağlı fəaliyyətlərinin sərgisi təşkil edilib. Konfransın işində təhsil, mədəniyyət, gənclər, idman və turizm nazirləri, Ədliyyə Nazirliyinin nümayəndələri, Ombudsman, Milli Məclisin deputatları, 60-dan artıq QHT və 1000 uşaq iştirak edib.

Leave a Reply