Əsas səhifə Biz kimik Proqramlar Üzvlər Bizə qoşulun Sənədlər Əlaqə Linklər Nəşrlər AZE | ENG



Xəbərlər Arxivi

Nəşrlər

Uşaq Hüquqlarına əsaslanmış proqramlaşdırma – Təlim Vəsaiti
[PDF - 2.88 MB]


Azərbaycanda Yuvenal Ədliyyə
[PDF - 671 KB]


 
Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansı (Azərbaycan QHT Alyansı) 2001-ci ildə Azərbaycan uşaqlarla və uşaqlar üçün fəaliyyət göstərən yerli QHT-lərin milli şəbəkəsi kimi uşaqların səsini daha yüksəkdən eşidilməsl və hökumət tərəfindən tanınması məqsədilə yaradılıb. QHT Alyansı qısa müddət ərzində Uşaqlar üçün Qlobal Hərəkat Dünya Kampaniyasının iştirakçısı və Azərbaycan üzrə əlaqələndiricisi olub. Yaranarkən Azərbaycan QHT Alyansının uşaqlar və qadınlarla işləyən və\və ya uşaq və ailə məsələləri ilə maraqlanan 30 üzvü var idi. Uzvlər yerli və milli səviyyədə ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən geniş şəbəkəni təçkil etməklə uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının tədrisi, səhiyyə, sosial və mədəni məsələlər və s. sahələrlə fəaliyyət göstərirlər.
2001-ci ildən Azərbaycan QHT Alyansı Avropa və Mərkəzi Asiya regionun 27 ölkəsinin milli koalisiyalarının birliyini təşkil edən UNİCEF-QHT-nin Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı plkələrdə Uşaqlar üçün Regional Şəbəkəsinin üzvüdür. Şəbəkənin üzvü kimi Azərbaycan QHT Alyansı Berlin və Sarayevoda keçirilən Uşaqlar üçün Avropa və Mərkəzi Asiya Yararlə Regionu hökumətlərarası konfrasların iştirakçısı olub.

Məqsəd və vəzifələr:
  • Uşaq Hüquqları Konvensiyası haqda məlumatlandırmanın artırılması ilə uşaqların müdafiəsi;
  • Xüsusi proqram və fəaliyyətlər vasitəsilə Konvensiyanın tam həyata keçməsinə yardım və vasitəçilik etmə;
  • BMT-nin Uşaq Hüquqları Komitəsi ilə milli QHT-lər və ictimaiyyət arasında informasiya axınına yardım etmə;
  • QHT ictimaiyyıti, BQHT-lər, BMT agentlikləri arasında Konvensiyanın həyata keçirilməsi vaə monitorinqi məsələlərində əməkdaşlıq və informasiya mübadiləsinə yardım göstərmə;
  • Konvensiyanın əhatə etdiyi sahələrdə siyasət və strategiyaların hazırlanması və fəaliyyətlərin həyata keçirilmə;
  • Uşaq hüquqları və insan hüquqları məsələlərində uşaqların bəhrələnməsi üçün QHT-lərin milli öhdəliklərini artırmaq;
  • Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı təskilat kimi gücləndirmək;
  • Uşaqların qərarları qəbulu prosesində iştirakını artırmaq;
  • Azərbaycan Uşaqlar üçün Qlobal Hərəkata cəlb edilməsini və iştirakını daha da inkişaf etdirmək;
2004-2009-cı illər üçün fəaliyyətin əsas prioritet istiqamətləri:
  • Uşaq Hüquqları Konvensiyasının təbliği və icrasının monitorinqi;
  • Yuvenal Ədliyyə sistemində islahatlar;
  • Deinstitutlaşdırma və inklüziv təhsil məsələləri;
  • Uşaqlar üçün yararlı səhiyyə sistemi;
  • Uşaq alveri, uşaqların kommersiya məqsədləri ilə cinsi istismarı, uşaq pornoqrafiyası və uşaq fahişəliyi;
  • Uşaq əməyi və uşaqların istismarı;
  • Uşaq hüquqlarının müdafiəsi məqsədilə Uşaq Ombudsmanının yaradılması.
  • Əlilliyi olan uşaqların müdafiəsi
Azərbaycanda uşaqların müraciətləri üçün vahid 3-rəqəmli qaynar telefon xəttinə ehtiyac varmı?
 Bəli, bu şəhərlərdən, rayonlardan və kəndlərdən olan uşaqlara öz problemləri barədə müraciət etmək və peşakar sosial işçilər və psixoloqlardan yardım almağa kömək edəcək.
 Uşaqların bu qaynar xəttdən istifadə edəcəklərinə inanmıram.
 Bu problemi olan uşaqların imdadına vaxtında, hələ gec olmamış, çatmağa yardımçı ola bilər.

 Belə xəttlərin heç bir faydası yoxdur.

 Qaynar xətt Azərbaycanda uşaqların problemləri barəsində dəqiq məlumat əldə etməkdə kömək edə bilər.

 


regionalnetworkforchildren.org
Regional Network for Children in CEE, CIS and Baltic States


juvenilejustice.az
Yetkinlik yaşına çatmayanların qanunla mühakiməsi


ngoalliance.net/lnco
Leave no child out campaign


violencestudy.org/europe-ca/
Regional Consultation for the UN Study on Violence Against Children - Europe & Central Asia
 

UNICEF ATƏTin Baş ofisi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi Ümidli Gələcək
ATƏT-in Baş ofisi Böyük Britaniyanın
Azərbaycandakı Səfirliyi
Ümidli Gələcək
@ Ümidli Gələcək Gənclər Təşkilatı
Webmaster: coordinator@ngoalliance.net
updated by mur@rt