“Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim

22-23 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, OAK Fondu, Gürcüstanın İctimai Səhiyyə Fondunun dəstəyi ilə Umidli Gələcək Gənclər İctimai Birliyi tərəfindən uşaqların zorakılıqdan uzaq, sağlam mühitdə böyüməsi üçün nəzərdə tutulan profilaktik tədbirlərə dair uşaq problemləri sahəsində çalışan dövlət qurumlarının nümayəndələrinin, psixoloq, sosial işçi ve pediatorlar üçün beynəlxalq ekspertin iştirakı ilə təlim-seminar həyata keçirildi.

Telimdə həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekspertləri tərəfindən hazırlanmış Azərbaycanda fəaliyyət göstərən uşaq xəstəxanaları və uşaq poliklinikalarında pediatorların işində yararlı ola biləcək və uşaqlara qarşı baş verən zorakılığının aşkarlanması üzrə Prosedur qaydalar və Metodik vəsait təqdim edildi.

Leave a Reply