Uşaqlara verilən sərt cəzaların yüngülləşdirilməsi ilə bağlı TƏKLİF

http://az.trend.az/azerbaijan/society/2738243.html

Azərbaycanda məhkəmələr tərəfindən törədilmiş ağır cinayətə görə yetkinlik yaşına çatmayan şəxslərə verilən sərt cəzaların yüngülləşdirilməsi təklif edilr.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin bir müddət əvvəl törədilmiş ağır cinayətə görə, Azərbaycanda uşaqlar üçün tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsini təklif edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, törətdikləri ictimаi təhlükəli əməllərə görə cinаyət məsuliyyətinə cəlb еdilən yеtkinlik yаşınа çаtmаyаn şəхslərə münаsibət, оnlаrın bаrəsində cinаyət təqibinin həyаtа kеçirilməsi, хüsusilə də bu şəхslər bаrəsində tətbiq еdilən cəzаlаrın, tərbiyəvi tədbirlərin növləri, cinаyət mühаkiməsinin аpаrılmаsı qаydаlаrı sоn illər dünyаdа оlduğu kimi Аzərbаycаndа dа оlduqcа аktuаllıq qаzаnıb. Yеtkinlik yаşınа çаtmаyаn şəхslərin cinаyət mühаkimə icrааtı digər yаşlı şəхslərin işlərindən dаhа çətin və məsuliyyətlidir.

Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanın cinayət qanunvericiyində cinayət törədən zaman yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə nəzərdə tutulan cəza növləri və müddəti “Yetkinlik yaşına çatmayanlar haqqında ədalət mühakiməsinin aparılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Minimal Standart qaydalarına” (Pekin qaydalarına) və “Uşaq hüquqları haqqında Konvensiya”ya əsasən müəyyən olunub. Cinayət qanunvericiyinə əsasən, cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilə bilər. Qanunvericiliyə əsasən, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəza növü təyin edilmir. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır: “Azərbaycanının cinayət qanunvericiliyində cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə humanist münasibət mövcuddur. Bununla yanaşı, qanunvericilikdə cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə nəzərdə tutulan maksimal 10 il azadlıqdan məhrum etmə müddətinin azaldılması ilə bağlı təklifi müsbət qarşılayıram. Törədilmiş cinayətə görə tətbiq edilən cəzanın ağırlığı heç də hər zaman cəzanın effektivliyini təmin etmir, əksinə cinayətlərin residivini yaradır. Bu hal xüsusilə yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə xüsusi yanaşma tələb edir. Məlumdur ki, müddətindən, növündən, ağırlıq dərəcəsindən asılı olmayaraq cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cəzanın effektivliyi, onun qarşısına qoyulmuş məqsədlərə nail olunması yalnız cəzanın təyini ilə məhdudlaşmır, cəzanın icrası prosesinin düzgün təşkili, onun xüsusi və ümumi xəbərdarlıq məqsədlərinin təsirlərinin təmini ilə ölçülür”.

A.Səfixanli hesab edir ki, məhz bu baxımdan yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərə hüquqi qiymət verilməsi və həmin cinayətlərə görə məhkəmələr tərəfindən çıxarılan hökmlərlə təyin olunan cəzaların və həmin cəzaların çəkilməsi xüsusiyyətlərinin təhlili olduqca mühüm əhəmiyyət kəsb edir.

Aparat rəhbərinin fikrincə, cinаyət məsuliyyətinə cəlb еdilən yеtkinlik yаşınа çаtmаyаn şəхslərin tərbiyə оlunmаlаrı və cəmiyyətə geri qаzаndırılmаlаrı оlduqcа vаcib bir prоblеmdir.

Leave a Reply