“Biz sizə mütləq cavab verəcəyik!”

https://www.yenigence.com/?p=52643

Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinin əməkdaşları 3 saylı tam orta məktəbdə uşaq hüquqları, xidmət haqqında maarifləndirici tədbir keçiriblər. Tədbirdə məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirin məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi olub.

Psixoloq Günel Paşayeva bildirib ki,  emosional-psixoloji, eləcə də mənəvi və hüquqi yardıma ehtiyacı olan, lakin hara müraciət etmək barədə məlumatı olmayan minlərlə uşaq və gənclər var.Təşkilatımız  həmin uşaqlara və onların valideynlərinə dəstək olmağ, onlara lazımi məsləhət verməyə hər zaman hazırdır. “Uşaq Qaynar Xətt” xidmətinin şəhərdaxili nömrəsinə şəhərdaxili telefonlardan edilən zənglər, həmçinin toll-free nömrəsinə rayonlardan edilən zənglər pulsuzdur. Şəhərdaxili nömrə və toll-free nömrəsinə həftə içi 5 gün saat 09:00-dan – 18:00- a kimi zəng edə bilərsiniz. Mobil nömrələrə isə günün istənilən vaxtı xidmətinizdədir. Ola bilsin ki, bəzən xətt məşğul olsun. Xahiş edirik ki, bir daha zəng vurmağa cəhd edəsiniz və biz sizə mütləq cavab verəcəyik! “Gəncə Regional Uşaq Qaynar Xətt”xidmətinin əlaqə nömrələri (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; və (088) 256 20 40-dır.

Tədbir zamanı məktəblilərə, valideynlərə xidmət haqqında məlumat verilib, maarifləndirici bukletlər paylanılıb.

Leave a Reply