Archives for April2017


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

“Biz sizə mütləq cavab verəcəyik!”

https://www.yenigence.com/?p=52643

Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinin əməkdaşları 3 saylı tam orta məktəbdə uşaq hüquqları, xidmət haqqında maarifləndirici tədbir keçiriblər. Tədbirdə məktəbin müəllimləri, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirin məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi olub.

Psixoloq Günel Paşayeva bildirib ki,  emosional-psixoloji, eləcə də mənəvi və hüquqi yardıma ehtiyacı olan, lakin hara müraciət etmək barədə məlumatı olmayan minlərlə uşaq və gənclər var.Təşkilatımız  həmin uşaqlara və onların valideynlərinə dəstək olmağ, onlara lazımi məsləhət verməyə hər zaman hazırdır. “Uşaq Qaynar Xətt” xidmətinin şəhərdaxili nömrəsinə şəhərdaxili telefonlardan edilən zənglər, həmçinin toll-free nömrəsinə rayonlardan edilən zənglər pulsuzdur. Şəhərdaxili nömrə və toll-free nömrəsinə həftə içi 5 gün saat 09:00-dan – 18:00- a kimi zəng edə bilərsiniz. Mobil nömrələrə isə günün istənilən vaxtı xidmətinizdədir. Ola bilsin ki, bəzən xətt məşğul olsun. Xahiş edirik ki, bir daha zəng vurmağa cəhd edəsiniz və biz sizə mütləq cavab verəcəyik! “Gəncə Regional Uşaq Qaynar Xətt”xidmətinin əlaqə nömrələri (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; və (088) 256 20 40-dır.

Tədbir zamanı məktəblilərə, valideynlərə xidmət haqqında məlumat verilib, maarifləndirici bukletlər paylanılıb.

Səhiyyə Nazirliyi məktəblilərin qidalanması qaydalarını açıqlayıb

http://apa.az/sosial_xeberler/sehiyye-nazirliyi-azerbaycanda-mekteblilerin-qidalanmasi-qaydalarini-aciqlayib.html

Səhiyyə Nazirliyi Azərbaycanda məktəblilərin qidalanması qaydalarını açıqlayıb. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, qaydalarda uşaq və yeniyetmələr üçün sağlam qidalanmanın əsas prinsipləri Ümumdünya Səhiyyə Təşkilatının qidalanmaya dair tövsiyələrinə əsasən işıqfor prinsipi üzrə qurulub: “Yaşıl rəngdə göstərilən qidalara məhdudiyyət qoyulmamalıdır ki, bunlara da kəpəkli çörək, yarmalar, sutka ərzində 400 qramdan az olmayan meyvə  və tərəvəz daxildir.  Sarı rəngdə olan qidalara ət, balıq, süd məhsulları: balıq (yağlı/yağsız) növləri, süd məhsulları, ət və toyuq (yağsız) daxildir. Qırmızı rəngdə göstərilən qidalardan şəkər, yağ, şirniyyat məhsullarından isə çəkinmək lazımdır”.

Qeyd olunub ki, sağlam qidalanmanın əsaslarına riayət edilməməsi məktəbli və yeniyetmələrdə diqqətin itməsi, bədən çəkisinin normadan çox və ya az olması, zəiflik və həddən artıq yorğunluq, yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi, immunitetin aşağı düşməsi, çəki artması və piylənmə kimi problemlərə gətirib çıxarır: “Məktəblilərin rasionunda beynin funksiyası üçün yumurta, düyü, noxud, qaraciyər, yulaf, yağsız kəsmik, soya, sinir sistemi üçün pendir, balıq, süd, yağ, meyvələr, yaddaş üçün yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları, görmə itiliyi üçün yerkökü, turşəng, ərik, alma, pomidor, şirin bibər və balıq, enerji üçün yarmalar (qarabaşaq, manna, düyü), üzüm, kartof, kələm, meyvələr, sümük və əzələlərin inkişafı üçün soya, pendir, balıq lobya, süd kəsmik, çörək, tərəvəzlər mütləq olmalıdır. Əsas qida qəbulları arasında 200 qram meyvə və 200 qram tərəvəz yemək qida maddələrinin defisitinin qarşısını alır”.

Uşaqlara sutka ərzində nə qədər kalori tələb olunduğu da açıqlanıb. Belə ki, 3-6 yaş uşaqlarda 1900 qida kalorisi (kkal), 7-11 yaşda 2300 kkal, 11-14 yaşda 2500 kkal, 14-18 yaşda isə 3000 kkal tələb edilir.

Uşaq və yeniyetmə orqanizminin suya olan gündəlik tələbatı isə belədir: 4-8 yaşlı uşaqlar gündəlik 5 stəkan, 9-13 yaşlı uşaqlar 7-8 stəkan, 14-18 yaşlı uşaqlar isə gündəlik 8-11 stəkan su qəbul etməlidirlər.

Uşaqlara verilən sərt cəzaların yüngülləşdirilməsi ilə bağlı TƏKLİF

http://az.trend.az/azerbaijan/society/2738243.html

Azərbaycanda məhkəmələr tərəfindən törədilmiş ağır cinayətə görə yetkinlik yaşına çatmayan şəxslərə verilən sərt cəzaların yüngülləşdirilməsi təklif edilr.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin bir müddət əvvəl törədilmiş ağır cinayətə görə, Azərbaycanda uşaqlar üçün tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsini təklif edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, törətdikləri ictimаi təhlükəli əməllərə görə cinаyət məsuliyyətinə cəlb еdilən yеtkinlik yаşınа çаtmаyаn şəхslərə münаsibət, оnlаrın bаrəsində cinаyət təqibinin həyаtа kеçirilməsi, хüsusilə də bu şəхslər bаrəsində tətbiq еdilən cəzаlаrın, tərbiyəvi tədbirlərin növləri, cinаyət mühаkiməsinin аpаrılmаsı qаydаlаrı sоn illər dünyаdа оlduğu kimi Аzərbаycаndа dа оlduqcа аktuаllıq qаzаnıb. Yеtkinlik yаşınа çаtmаyаn şəхslərin cinаyət mühаkimə icrааtı digər yаşlı şəхslərin işlərindən dаhа çətin və məsuliyyətlidir.

Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanın cinayət qanunvericiyində cinayət törədən zaman yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə nəzərdə tutulan cəza növləri və müddəti “Yetkinlik yaşına çatmayanlar haqqında ədalət mühakiməsinin aparılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Minimal Standart qaydalarına” (Pekin qaydalarına) və “Uşaq hüquqları haqqında Konvensiya”ya əsasən müəyyən olunub. Cinayət qanunvericiyinə əsasən, cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilə bilər. Qanunvericiliyə əsasən, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəza növü təyin edilmir. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır: “Azərbaycanının cinayət qanunvericiliyində cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə humanist münasibət mövcuddur. Bununla yanaşı, qanunvericilikdə cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə nəzərdə tutulan maksimal 10 il azadlıqdan məhrum etmə müddətinin azaldılması ilə bağlı təklifi müsbət qarşılayıram. Törədilmiş cinayətə görə tətbiq edilən cəzanın ağırlığı heç də hər zaman cəzanın effektivliyini təmin etmir, əksinə cinayətlərin residivini yaradır. Bu hal xüsusilə yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə xüsusi yanaşma tələb edir. Məlumdur ki, müddətindən, növündən, ağırlıq dərəcəsindən asılı olmayaraq cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cəzanın effektivliyi, onun qarşısına qoyulmuş məqsədlərə nail olunması yalnız cəzanın təyini ilə məhdudlaşmır, cəzanın icrası prosesinin düzgün təşkili, onun xüsusi və ümumi xəbərdarlıq məqsədlərinin təsirlərinin təmini ilə ölçülür”.

A.Səfixanli hesab edir ki, məhz bu baxımdan yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərə hüquqi qiymət verilməsi və həmin cinayətlərə görə məhkəmələr tərəfindən çıxarılan hökmlərlə təyin olunan cəzaların və həmin cəzaların çəkilməsi xüsusiyyətlərinin təhlili olduqca mühüm əhəmiyyət kəsb edir.

Aparat rəhbərinin fikrincə, cinаyət məsuliyyətinə cəlb еdilən yеtkinlik yаşınа çаtmаyаn şəхslərin tərbiyə оlunmаlаrı və cəmiyyətə geri qаzаndırılmаlаrı оlduqcа vаcib bir prоblеmdir.

“Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirilib

http://azertag.az/xeber/Erken_nikahlar_ve_onlarin_fesadlari_movzusunda_tedbir_kechirilib-1043675

İctimai Səhiyyə və İslahatlar Mərkəzi Prezident yanında Bilik Fondu ilə birlikdə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə tədbir keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda müzakirə və maariflənmə işi aparılıb.

Mərkəzin mütəxəssisi Aysel Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verərək bildirib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığı və gələcək həyatına mənfi təsir göstərir, ailədaxili zorakılıq hallarını ortaya çıxarır.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin başqa bir mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşadığı, eləcə də ana və uşaq ölümləri barədə bəhs edib. Onun sözlərinə görə, gələcək nəslin sağlamlığı yeniyetmə qızların – gələcək anaların sağlamlığından birbaşa asılıdır və həmin dövrdə yeniyetmə orqanizmdə bəzi xroniki xəstəliklər kəskinləşir.

Natiq diqqəti erkən ailə quran yeniyetmələrin təhsilinin də böyük sual altında qaldığına yönəldib: “Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və gənc yaşda evdar qadına çevrilir, bir müddətdən sonra həyatından şikayətlənməyə başlayır”.

Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və onun qarşısının alınması üçün son illərdə həyata keçirilən və aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara mərkəzin hazırladığı maarifləndirici materiallar paylanılıb.

“2 Aprel Dünya Autizm Məlumatlandırma günü”

PRESS-RELİZ

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi “2 Aprel Dünya Autizm Məlumatlandırma günü” ilə əlaqədar olaraq tədbir keçirəcəkdir.Aprelin 2-də -Dünya Autizm Məlumatlandırma Günündə Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır”aksiyasına dünyanın digər şəhərləri kimi ölkəmiz də qoşulmuşdür.”Mavi işıqla işıqlandır aksiyası”getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş qlobal təşəbbüs idi..2 aprel tarixi BMT tərəfindən Ümumdünya autizm günü kimi qəbul edildikdən sonra dünyaca məşhur “Autism speaks”cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue”(“Mavi işıqla işıqlandır”)layihəsini həyata keçirir.Həmin gün Yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya autizm günü olduğunu insanlara çatdırır.Məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiya hazırda 8 qitə,146 ölkə və 650 şəhəri əhatə edir.BMT-ninBaşKatibiPanGİMunÜmumdünyaAutizmGünümüraciətedib:”Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək.”Azərbaycanda bu layihəyə Heydər Əliyev Fondu , BMT-nin Uşaq Fondunun (UNİCEF) və ölkəmizdə ilk autizm təşkilatı hesab edilən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM)İctimai Birliyinin dəstəyi ilə 2012-ci ildə Ümumdünya Autizm günündə qoşulub.İlk dəfə ölkəmizdə bu aksiya zamanı görkəmli binalardan biri Bakı Biznes Mərkəzi 2013-cü ildə isə H.Əliyev Fondu,UNİCEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında Bakı Four Seasons oteli mavi işığa boyanaraq autizmi tanıdığını bəyan etdi.Həmin ildən etibarən hər il bu aksiya davam edir ,Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM)İctimai Birliyi və H. Əliyev Fondunun birgə təşkilatçılığı ilə ən görkəmli binalar Kristal Zalı(Cristal Holl ),Bakı Four Seasons Ofeli,Bakı Olimpiya Stadionu və s. Mavi işığa boyanaraq “Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək”şüarına qoşularaq mavi işığa burunur ,bununla da insanları autizm xəstəliyi haqqında məlumatlandırılır.XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə təxmini 5000 yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir.Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.Keçirəcəyimiz tədbir zamanı Suraxanı rayonunda görkəmli binalardan hesab edilən “Qrand”şadlıq sarayı mavi işıqla işıqlandırılaraq autizmi simvolizə edəcək.“2 Aprel autizm məlumatlandırma günü” “adlı tədbir 02.04.2017-ci il saat 11.00-da keçiriləcək.Tədbirdə aidiyyatı dövlət və qeyri-dövlət təşkilatlarının ,KİV nümayəndələri ,autizm sindromlu uşaqlar,valideynlər və digər qonaqlar iştirak edəcək.Gəlin, həmin gün autizmli uşaqlarla birgə olaq!
Ünvan:Bakışəhəri,Suraxanı rayonu,Yeni Günəşli qəs.”V”yaşayış sahəsi,”QRAND”sadlıq sarayinin 3-cü mərtəbəsində(“Xəzər market”in yaxınlığında,Autizm Mərkəzinə çatmamış)
Əlaqə tel:(050)370 23 48,(055)347 99 51