Ombudsman Aparatında 3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirildi

3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü kimi qeyd olunur. Beynəlxalq Əlillər Günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.O cümlədən hər il olduğu kimi bu ildə Ombudsman Aparatında rəsmi dövlət qurumlarının nümayəndələri və əlilliyi olan şəxsləri problemləri ilə məşğul olan Qeyri -Hökumət və hökumət təşkilatlarının görüşü təşkil edildi. Qarşılıqlı diskussiyada əlillərin cəmiyyətə inteqrasiyası yönümündə qarşılaşdıqları bir sıra sosial problemlər və onların həlli yollarında irəli sürülən təkliflər dinlənildi. Tədbirdə Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli də iştirak etdi. İctimai Birliyin sədri ona verilən fürsətdən istifadə edərək autizm probleminin qanunvericilikdə öz əksini tapmasında Ombudsman Elmira xanım Süleymanovanın böyük rolu olduğunu qeyd etdi. O ölkəmizdə autizm probleminin mövcud vəziyyəti ,valideynlərin qarşılaşdıqları bir sıra çətinliklər , bu barədə tərtib etdikləri geniş təkliflər layihəsini dövlət qurumlarının nəzərinə çatdırdı və aidiyyatı dövlət qurumlarının diqqətini aktual olan autizm probleminə yönəldə bildi.

Mətbuat xidməti

03.12.2016

Leave a Reply