“Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafat, 2016

Bu il də uşaq hüquqlarının təbliği və müdafiəsi işinə xüsusi töhvə vermiş qurumlar və şəxslərin mükafatlandırılması İnsan Hüquqları üzrə Müvəkkilin təsisatı, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və “Ümidli Gələcək” Gənclər İctimai Birliyi “Azercell Telecom” şirkətinin əsas tərəfdaşlığı ilə “Uşaq Qaynar Xətti Mobil Əlavəsi”nin təqdimatını və “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatın 5–ci təqdim etmə mərasimini 28 noyabr 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirtmişdir.
Mükafatın təqdimetmə mərasimi çərçivəsində Azərbaycanda uşaqlar üçün faydalı İT vasitələrinin yaradılmasının təşviqi də aparılmışdır. Beləki, yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytlar və smartfonlar üçün əlavələrin yaradılması və yayılması xüsusi önəm daşıyır. Bu fəaliyyətin daha da geniş vüsət alması üçün “Ümidli Gələcək” Gənclər İctimai Birliyi və Uşaq Hüquqları üzrə QHT Alyansı tərəfindən dövlət qurumları ilə əməkdaşlıqda və Azercell Telekom şirkətinin dəstəyi ilə ilk dəfə yaradılmış Uşaq Qaynar Xəttinin Android əlavəsinin təqdimatı baş tutmuşdur.
“Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafat 8 nominasiya üzrə təqdim edilmişdir. Mükafatın qalibləri gizli səsvermə yolu ilə milli QHT-lər və uşaq hüquqları sahəsində ekspertlər tərəfindən seçilmişdir.
Qeyd edək ki, Azərbaycanda uşaq problemlərinə bütövlükdə cəmiyyətin, aidiyyatı dövlət qurumları, qeyri-hökumət təşkilatlarının və biznesin diqqətini cəlb etmək, bu problemlərin həllində dövlət-QHT-biznes əməkdaşlığının qurulması və inkişaf etdirilməsini stimullaşdırmaq və uşaq problemlərinin həllinə xüsusi töhvə vermiş təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək məqsədilə 2003-cü ildən özündə 45-dən çox təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İnsan Hüquqları üzrə Müvəkkil, UNİCEF və Avropa Birliyinin dəstəyilə “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatı təsis etmişdir.

 

Leave a Reply