“Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə”

“Ümidli Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə layihəsi” çərçivəsində növbəti təlimlərini 14-15 noyabr 2016-ci il tarixlərində Mingəçevir şəhərində və Yevlax rayonunda həyata keçirtmişdir. Təlimdə dövlət və QHT nümayəndələri, bələdiyyə, o cümlədən rayon və kəndlərdə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələri ( İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Təhsil şöbəsinin, rayon üzrə məktəblərin müəllimləri, həkimlər və s. ) iştirak etmişdilər. Təlim zamanı erkən nikahın qurbanı olmuş uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə və həmçinin mövzuya dair ümumi məlumatlar verilmişdir.
Həmçinin təlimlər ucqar kənd və qəsəbələrdə fəaliyyət göstərən məktəblərin şagirdləri və valideynləri ilə də həyata keçirilmişdir. Təlim zamanı əsas məqsəd uşaqların insan alverinin və erken nikahın qurbanı olmamaları üçün maarifləndirici seminar və təlimlərin təşkili, psixoloji dəstək mexanizmlərinin işlənməsi, uşaq qaynar xətt xidmətinin təşviqi ilə uşaqların psixoloji və emosional dəstək mexanizmlərinin əlçatanlığının təmin edilməsi, erkən nikahların bəzən səbəb olduğu uşaq intiharlarının profilaktikasının aparılması olmuşdur.

 

Leave a Reply