Archives for December2016


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

FƏXRİ DİPLOM

28 Noyabr 2016-cı il tarixində “Ümidli Gələcək” Gənclər İctimai Birliyi İnsan Hüquqları üzrə Müvvəkilin Aparatı (Ombudsman) tərəfindən Fəxri Diplomla təltif edilmişdir.

FƏXRİ DİPLOM

UŞAQ VƏ GƏNCLƏRİN HÜQUQLARININ MÜDAFİƏSİ VƏ TƏBLİĞİ SAHƏSİNDƏKİ FƏALİYYƏTİNƏ VƏ OMBUDSMAN TƏSİSATI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞINA GÖRƏ

“Azərbaycanda sosial əhəmiyyətli layihələrin və sosial məsuliyyətli təşəbbüslərinin informasiya dəstəyinin təşkili”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası/“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi

Layihənin məqsədi – əlilliyi olan insanların aktual sosial əhəmiyyətli problemlərinin həlli yollarının işıqlandırması məqsədilə fəaliyyət göstərən “Arabaçı TV” adlı İnternet TV Şəbəkəsi vasitəsi ilə Azərbaycanda Əlilliyə Erkən Müdaxilə Portec Proqramının gedişatı və nəticələrinin işıqlandırılması, sosial əhəmiyyətli layihələrin və sosial məsuliyyətli təşəbbüslərinin informasiya dəstəyinin təşkilidir.

PORTEC – sosial çarx 2015- ci il

Ombudsman Aparatında 3 Dekabr Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirildi

3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü kimi qeyd olunur. Beynəlxalq Əlillər Günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.O cümlədən hər il olduğu kimi bu ildə Ombudsman Aparatında rəsmi dövlət qurumlarının nümayəndələri və əlilliyi olan şəxsləri problemləri ilə məşğul olan Qeyri -Hökumət və hökumət təşkilatlarının görüşü təşkil edildi. Qarşılıqlı diskussiyada əlillərin cəmiyyətə inteqrasiyası yönümündə qarşılaşdıqları bir sıra sosial problemlər və onların həlli yollarında irəli sürülən təkliflər dinlənildi. Tədbirdə Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli də iştirak etdi. İctimai Birliyin sədri ona verilən fürsətdən istifadə edərək autizm probleminin qanunvericilikdə öz əksini tapmasında Ombudsman Elmira xanım Süleymanovanın böyük rolu olduğunu qeyd etdi. O ölkəmizdə autizm probleminin mövcud vəziyyəti ,valideynlərin qarşılaşdıqları bir sıra çətinliklər , bu barədə tərtib etdikləri geniş təkliflər layihəsini dövlət qurumlarının nəzərinə çatdırdı və aidiyyatı dövlət qurumlarının diqqətini aktual olan autizm probleminə yönəldə bildi.

Mətbuat xidməti

03.12.2016

“Azərbaycan Uşaq Qaynar” Xətt Xidməti

26.11.2016-cı il tarixində “Ümidli Gələcək ” Gənclər İctimai Birliyinin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti  Beynəlxalq TİSA məktəbi tərəfindən təşkil edilmiş Xeyriyyə Yarmarkasında iştirak etmişdir. Yarmarkanı ziyarət edənlərə Uşaq Qaynar Xətt xidməti haqqında bir daha məlumat verilmiş və xidmətin əsas fəaliyyət istiqamətləri diqqətə çatdırılmışdır.

 

“Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə”

“Ümidli Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə layihəsi” çərçivəsində növbəti təlimlərini 14-15 noyabr 2016-ci il tarixlərində Mingəçevir şəhərində və Yevlax rayonunda həyata keçirtmişdir. Təlimdə dövlət və QHT nümayəndələri, bələdiyyə, o cümlədən rayon və kəndlərdə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələri ( İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Təhsil şöbəsinin, rayon üzrə məktəblərin müəllimləri, həkimlər və s. ) iştirak etmişdilər. Təlim zamanı erkən nikahın qurbanı olmuş uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə və həmçinin mövzuya dair ümumi məlumatlar verilmişdir.
Həmçinin təlimlər ucqar kənd və qəsəbələrdə fəaliyyət göstərən məktəblərin şagirdləri və valideynləri ilə də həyata keçirilmişdir. Təlim zamanı əsas məqsəd uşaqların insan alverinin və erken nikahın qurbanı olmamaları üçün maarifləndirici seminar və təlimlərin təşkili, psixoloji dəstək mexanizmlərinin işlənməsi, uşaq qaynar xətt xidmətinin təşviqi ilə uşaqların psixoloji və emosional dəstək mexanizmlərinin əlçatanlığının təmin edilməsi, erkən nikahların bəzən səbəb olduğu uşaq intiharlarının profilaktikasının aparılması olmuşdur.

 

“Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafat, 2016

Bu il də uşaq hüquqlarının təbliği və müdafiəsi işinə xüsusi töhvə vermiş qurumlar və şəxslərin mükafatlandırılması İnsan Hüquqları üzrə Müvəkkilin təsisatı, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və “Ümidli Gələcək” Gənclər İctimai Birliyi “Azercell Telecom” şirkətinin əsas tərəfdaşlığı ilə “Uşaq Qaynar Xətti Mobil Əlavəsi”nin təqdimatını və “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatın 5–ci təqdim etmə mərasimini 28 noyabr 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirtmişdir.
Mükafatın təqdimetmə mərasimi çərçivəsində Azərbaycanda uşaqlar üçün faydalı İT vasitələrinin yaradılmasının təşviqi də aparılmışdır. Beləki, yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytlar və smartfonlar üçün əlavələrin yaradılması və yayılması xüsusi önəm daşıyır. Bu fəaliyyətin daha da geniş vüsət alması üçün “Ümidli Gələcək” Gənclər İctimai Birliyi və Uşaq Hüquqları üzrə QHT Alyansı tərəfindən dövlət qurumları ilə əməkdaşlıqda və Azercell Telekom şirkətinin dəstəyi ilə ilk dəfə yaradılmış Uşaq Qaynar Xəttinin Android əlavəsinin təqdimatı baş tutmuşdur.
“Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafat 8 nominasiya üzrə təqdim edilmişdir. Mükafatın qalibləri gizli səsvermə yolu ilə milli QHT-lər və uşaq hüquqları sahəsində ekspertlər tərəfindən seçilmişdir.
Qeyd edək ki, Azərbaycanda uşaq problemlərinə bütövlükdə cəmiyyətin, aidiyyatı dövlət qurumları, qeyri-hökumət təşkilatlarının və biznesin diqqətini cəlb etmək, bu problemlərin həllində dövlət-QHT-biznes əməkdaşlığının qurulması və inkişaf etdirilməsini stimullaşdırmaq və uşaq problemlərinin həllinə xüsusi töhvə vermiş təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək məqsədilə 2003-cü ildən özündə 45-dən çox təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İnsan Hüquqları üzrə Müvəkkil, UNİCEF və Avropa Birliyinin dəstəyilə “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatı təsis etmişdir.