“Azərbaycan Uşaq Qaynar Xətt” Xidmətinin Maarifləndirmə Kampaniyası

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə hər il ənənəvi olaraq, 20 oktyabr – 20 noyabr Uşaq Hüquqları Konvensiyasının Günü ilə əlaqədar Azərbaycanda “Uşaq Hüquqları” aylığı elan edilir. Bununla əlaqədar olaraq, “Azercell Telecom” MMC-nin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Ümidli Gələcək Gənclər İctimai Birliyinin xidmət mərkəzi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin mütəmadi həyata keçirdiyi “Maarifləndirmə kampaniyası” çərçivəsində növbəti tədbiri 02 Noyabr 2016-cı il tarixində Bakı şəhəri Sabunçu rayonu, 252 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri, məktəb nümayəndələrinin və valideynlərin iştirakı ilə keçirilmişdir. Tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıqda təşkil edildi və tədbirin məqsədi uşaqların öz hüquqlarını bilmələri, Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti və eləcə də “Zərərli vərdişlər”, “Erkən Nigahın qarşısının alınması” mövzularına dair təqdimat və uşaqlarla birgə mövzular ətrafında müzakirələrin aparılması olmuşdur. Tədbirin sonunda “Azərbaycan Uşaq Qaynar Xətt ” xidmətinə məxsus məlumat xarakterli buklet, stikerlər iştirakçılara paylanılmış və şagirdləri maraqlandıran suallara cavab verilmişdir. Tədbirin keçirilməsinə icazə ve dəstək verdiyi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk.

Leave a Reply