“Yuvenal Ədliyyə sisteminin inkişafı” mövzusunda Gəncə Regional Konfransı

Ümidli Gələcək Gənclər Təşkilatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda, UNICEF və Avropa Ittifaqının maliyyə dəstəyi ilə 22 İyun 2016-cı il tarixində Gəncə şəhər Emon otelin konfrans zalında “Yetkinlik yaşına çatmayanlarla profilaktik və sosial-psixoloji reabilitasiya işinin təkmilləşdirilməsi və Yuvenal Ədliyyə sisteminin inkişafı” mövzusunda regional konfrans keçirtmişdir. Tədbirdə müvafiq nazirlik və komitələrin regional qurumları, Gəncə şəhər İcra Hakimiyyətinin, Nizami və Kəpəz rayon Polis İdarəsinin, Ombudsman Aparatının Gəncə regional mərkəzinin, Kəpəz rayon Məhkəməsinin, Gəncə şəhər Səhiyyə İdarəsinin, İdman və Gənclər İdarəsi, Təhsil İdarəsi, SOS-Uşaq Kəndləri Azərbaycan Assosiasiyasinin və digər dövlət və qeyri-hökümət qurumlarının nümayəndələri iştirak etmişdilər.

Leave a Reply