17 may Beynəlxalq Uşaq Qaynar Xəttlər Günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Gəncə Regional Uşaq Qaynar Xətt xidməti 1 iyun tarixində həm 17 may Beynəlxalq Uşaq Qaynar Xəttlər Günü həm də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir təşkil etmişdir. Tədbir zamanı 20-yə yaxın uşaq və valideynlər tədbirə cəlb edilmiş və aktiv şəkildə iştirak etmişlər. Aura Park Alış-Veriş və Əyləncə Mərkəzində məktəbəqədər və kiçik məktəb yaşlı uşaqların çoxluq təşkil edildiyini nəzərə alaraq, onların yaş qrupunu əhatə edən inkişafetdirici oyunlar, intellektual və məntiqi suallar hazırlanmışdır. Bundan əlavə əyləncə xarakterli oyunlar da təşkil edilmişdir. Valideynlərə isə aqressiya barədə suallar və övladları aqressiv olduqda necə davranmaları olduqları barədə məlumatlar təqdim edildi. Daha sonra isə uşaq və valideynlərə Ümidli Gələcək Gənclər Təşkilatının digər xidmət mərkəzləri barədə məlumat verilərək xidmətə məxsus bukletlər paylanıldı. Tədbirdə aktiv iştirak edən uşaqlar kiçik hədiyyələrlə mükafatlandırıldı.

Leave a Reply