Archives for May2015


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

31 may 2015-ci il saat 08.00-dan etibarən autizm sindromlu yaradıcılıq qabiliyyəti olan uşaqların rəsm əsərləri və əl işlərindən ibarət “Autizm-Fərqli dünyam-Biz də varıq!”adlı sərgi

PRESS-RELİZ

Layihənin məqsədi autizm sindromlu uşaqların yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi, kompüterdən istifadə qaydalarının mənimsənilməsi, valideynlərin maarifləndirilməsi, layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunmasımissiyasından ibarətdir.  Layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin gerçəkləşdirilməsi yönündə bir sıra fəaliyyətlər – təlimlər, seminarlar, müsabiqələr, autizm sindromlu yaradıcılıq qabiliyyəti olan uşaqların əl işlərindən ibarət sərgilər və s. tədbirlər reallaşdırmaqdır. Bununla əlaqədar olaraq layihə çərçivəsində “ROOM BAKU”nun təşkilatı dəstəyi ilə yaradıcılıq qabiliyyətli olan autizm sindromlu uşaqların rəsm əsərləri və əl işlərindən ibarət “Autizm-Fərqli dünyam-Biz də varıq!” adlı sərgi keçiriləcəkdir. “Autizm-Fərqli dünyam-Biz də varıq!” mövzusundakı sərgi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr ediləcəkdir.  Sərginin nümayişi  31 may 2015-ci il saat 08.00-dan etibarən “ROOM BAKU” təşkilatının sərgi salonunda  nəzərdə tutulmuşdur. Dəvət edilmiş dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrinin çıxışlarından ibarət rəsmi hissə saat 11.00-da nəzərdə tutulmuşdur. Həmin gündən sonra iki həftə sərginin nümayişi davam etdirilmişdir. Eyni zamanda sərgi bu ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı ölkəmizdə xarici qonaqlar tərəfindən də ziyarət edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, satılan rəsm əsərləri və əl işlərindən əldə edilən vəsait autizmli uşaqların reabilitasiyasına sərf olunacaq.

Ünvan: Bakı şəhəri, Tərlan Əliyarbəyov 10

Əlaqə tel: (050)370 23 48, (055) 347 99 51

Hörmətlə,

Autizm Defektoloji və Psixoloji Yardım

Mərkəzi  İctimai Birliyinin sədri:  Çiçək Məmmədli