Archives for January2015


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti, Maarifləndirmə tədbiri, 12 yanvar 2015

12.01.2015-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli məktəbdə maarifləndirmə kompaniyası keçirildi. Tədbir zamanı məktəbin yuxarı sinif şagirdlərinə “Azərbaycan Uşaq Qaynar Xətt ” xidməti haqqında məlumat verildi və xidmətə məxsus buklet, stikerlər paylanıldı.UQX 1509139_803508079704806_2258498860253492404_n (1)

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi, Portec erkən müdaxilə proqramının Azərbaycanda tətbiqi ilə bağlı dəyirmi masa, 14 yanvar 2015

Press Reliz (Portec) 10869338_791962187545670_186398465710273061_o

2015-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə 50 kənd məktəbəqədər təhsil imkanlarından yararlanacaq

50 villages will have pre-school facilities in 2015, with Ministry of Education support

For children excluded from pre-school because of rural location, poverty and disability, the UAFA/CIE model has been delivering pre-school education to more than 600 children in 17 villages for the past 2 years.  This low-cost model also delivers excellent outcomes for children – feedback from developmental assessments show high levels of achievement in cognitive and social skills.  The Ministry has recognized this model and will work with UAFA and CIE to bring pre-school to more than 50 villages in 2015.  It is our goal that every child will have access to pre-school in the nearest future.

 

2015-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə 50 kənd məktəbəqədər təhsil imkanlarından yararlanacaq

Ucqarda yaşamaları, yoxsulluq və əlillik səbəbindən məktəbəqədər təhsildən təcrid olunmuş 17 kənddə 600 uşaq son 2 il ərzində UAFA/CIE məktəbəqədər təhsil modelindən yararlanmışdır.  Bu az xərc aparan modelin tətbiqi nəticəsində uşaqlarda müsbət inkişaf əldə edildi – inkişaf qiymətləndirmələri qavrama və sosial bacarıqlarda yüksək nailiyyətlər əldə olunduğunu deməyə əsas verir.  Nazirlik bu modeli bəyəndi, UAFA və CIE təşkilatı ilə əməkdaşlıq nəticəsində 2015-ci ildə 50-dən çox kənddə məktəbəqədər təhsil imkanları yaradılacaq.  Məqsədimiz yaxın gələcəkdə hər bir uşağın məktəbəqədər təhsilə cəlb olunmasıdır.

 

Daha 3 region və əlilliyi olan 500 uşaq İƏR xidmətlərindən bəhrələnir

3 more regions, now 500 children with disabilities benefit from CBR services

In June, UAFA won State tenders for Jalilabad, Shamkir and Bilisuvar regions to provide rehabilitation and family support services.  This adds to our existing network of Yasamal, Khachmaz and Ganja regions so that more than 500 children with disabilities and their families have access to services every day near their home.  Particular thanks to Nobel Oil, Baku Oxford School (Shamkir) and Deloitte for their support to these 3 new CBR Centres.

Bilisuvar_1.jpg

Daha 3 region və əlilliyi olan 500 uşaq İƏR xidmətlərindən bəhrələnir

İyun ayında UAFA Cəlilabad, Şəmkir və Biləsuvarda reabilitasiya və ailələrə dəstək xidmətləri göstərmək məqsədilə dövlət sifarişinə cəlb olundu.  Bakının Yasamal rayonu, Gəncə və Xaçmazda mövcud olan xidmətlərimizi də əlavə etsək 500-dən çox əlilliyi olan uşaq və onların ailələri yaşadıqları ərazidə xidmətlərimizdən gündəlik olaraq bəhrələnmiş olurlar.  Nobel Oil və Deloitte şirkətinə, Şəmkir Oxford  Məktəbinə 3 yeni İƏR Mərkəzimizi dəstəklədikləri üçün xüsusi təşəkkürlər.

 

 

 

Azərbaycanda əlilliyi olan uşaqlar üçün beynəlxalq xidmətlərə çıxış mümkündür

International services for children with disabilities now available in Azerbaijan
10569042_633999970042615_984236495148986525_n.jpgOn 22 September, the JOY Centre for Child Development officially opened, offering methods such as Active Learning, occupational therapy and PECS.  Our local and Norwegian team showed guests around the Centre’s 7 activity rooms for day-care and individual sessions, explaining how children should be the active learners in therapy.  The Centre is fast gaining a reputation for quality, strong ethics and transparency.  The team can work with children in Azerbaijani, Russian and English.  For more information, please call 510 5487 or visit www.joycenter.az

 

Azərbaycanda əlilliyi olan uşaqlar üçün beynəlxalq xidmətlərə çıxış mümkündür

22 sentyabr tarixində Aktiv Öyrənmə, Erqoterapiya və PECS kimi metodları təqdim edən JOY Mərkəzinin rəsmi açılış mərasimi oldu.  Azərbaycanlı və Norveçli işçi heyətimiz qonaqları mərkəzimizdəki günərzi qayğı və individual məşğələlər üçün nəzərdə tutulmuş 7 fəaliyyət otağı ilə tanış etdi, bu otaqlar uşaqların terapiya vasitəsilə aktiv öyrənci olmalarına xidmət edir.  Mərkəz qısa müddətdə keyfiyyət, sağlam əxlaq və şəffaflıq baxımından  müştərilərinin etibarını qazanmışdır.  İşçi heyəti uşaqlarla azərbaycan, rus və ingilis dillərində  iş apara bilirlər.  Daha ətraflı məlumat üçün 510 54 87 telefon nömrəsinə zəng vura və ya www.joycenter.az saytını ziyarət edə bilərsiniz.