Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən təlim kursları başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı həyata keçirir. Proqram çərçivəsində Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil Problemləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində reproduktiv sağlamlıq, ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili, tam orta məktəblərin şagirdləri, müəllimləri, psixoloqları, habelə valideynlər üçün maarifləndirmə və tədris işlərinin həyata keçirilməsini planlaşdırır.

Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun,  Təhsil Problemləri İnstitutunun və digər tam orta məktəblərin əməkdaşları üçün təşkil olunmuş təlim kursları başa çatmış və  kursu uğurla başa vuran təhsil işcisinə serfikatlar təqdim edilmişdir.

Leave a Reply