Şirvan şəhərində “Məişət Zorakılığına Məruz Qalmış Uşaq və Gənclərin Müdafiəsi” layihəsi çərçivəsində təlim

10 dekabr 2014-cü il tarixində Şirvan şəhər Gənclər və İdman idarəsinin iclas zalında “Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin müdafiəsi” layihəsi çərçivəsində Ümidli Gələcək Gənclər Təşkilatı  tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə Şirvan şəhərində müvafiq dövlət qurumlarının nümayəndələri üçün məişət zorakılığının profilaktikası və zorakılığa məruz qalmış uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə dair təlim kursları keçirildi. Təlimin əsas məqsədi məişət zorakılığının profilaktikası və zorakılığa məruz qalmış uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşliki prinsipləri olmuşdur.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rafael Nəsirov və “Zorakılığa Məruz Qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi”nin direktoru Məhəmməd Bayramov çıxış etmişlər.

Leave a Reply