GENİŞ QARADƏNİZ ÖLKƏLƏRİ ARASINDA UŞAQ PROBLEMLƏRİNİN HƏLLİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ PLATFORMASININ QURULMASI VƏ TƏCRÜBƏ MÜBADİLƏSİ PROQRAMINA START VERİLMİŞDİR, 23-27 İyun, 2014

Əhalinin zəif təbəqələrindən olan və çətin həyat şəraitində yaşayan uşaqların və ailələrin problemlərinin həllini daha da sürətləndirmək və bunun üçün təcrübədən keçmiş yanaşma və metodları tətbiq etmək üçün 23-27 İyun 2014-cü il tarixlərində Geniş Qara dəniz regionu üzrə Uşaq Hüquqları naminə “ChildPact” Regional Koalisiya tərəfindən Rumıniya Xarici İşlər Nazirliyi və UNDP-nin dəstəyi ilə Azərbaycan, Rumıniya, Moldova, Gürcüstan və Ermənistandan dövlət qurumları və QHT nümayəndələri toplaşmışdır.

Rumıniyanın Buxarest şəhərində start verilmiş bu regional təcrübə mübadiləsi proqramı çərçivəsində uşaq və ailələrin sosial müdafiəsi ilə məşğul olan dövlət və QHT mütəxəssisləri regional əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmiş, uşaq müdafiə sistemi sahəsində hər bir ölkədə həyata keçirilən tədbirlər barədə məlumat mübadiləsi aparmış, uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni bilik və bacarıqlar əldə etmiş, Avropa Birliyi və MDB ölkələrində gedən reformaların cari vəziyyəti ilə yaxından tanış olmuş və təcrübədən keçirilmiş uğurlu strategiya və yanaşmalarla bölüşmüşlər.

Bu regional əməkdaşlıq və təcrübə mübadiləsi proqramında Azərbaycanı Azərbaycan Respublikası Milli Məclisinin Sosial Qanunvericilik şöbəsinin müdiri xanım Adilə Abasova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdir müavini cənab Fuad Hüseynov və Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru və Ümidli Gələcək Gənclər Təşkilatının sədri cənab Nabil Seyidov təmsil etmişdir.

Press Reliz

Leave a Reply