“İNSAN HÜQUQLARI AYLIĞI”ÇƏRÇİVƏSİNDƏ “HEÇ BİR UŞAĞI NƏZƏRDƏN QAÇIRMAYAQ” MİLLİ İCTİMAİ MÜKAFATIN 5-Cİ TƏQDİM ETMƏ MƏRASİMİ, 17 İyun, 2014

Azərbaycanda uşaq problemlərinə bütövlükdə cəmiyyətin, aidiyyatı dövlət qurumları, qeyri-hökumət təşkilatlarının və biznesin diqqətini cəlb etmək, bu problemlərin həllində dövlət-QHT-biznes əməkdaşlığının qurulması və inkişaf etdirilməsini stimullaşdırmaq və uşaq problemlərinin həllinə xüsusi töhvə vermiş təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək məqsədilə 2003-cü ildə özündə 85 təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İnsan Hüquqları üzrə Müvəkkil, UNİCEF və Avropa Birliyinin dəstəyilə “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatı təsis etmişdir.

Bu il də uşaq hüquqlarının təbliği və müdafiəsi işinə xüsusi töhvə vermiş qurumlar və şəxslərin mükafatlandırılması üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə əməkdaşlıqda və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, ChildPact Regional Koalisiyanın, “World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin və P&G şirkətinin dəstəyilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may-18 iyun tarixlərində elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatın 5–ci təqdim etmə mərasimi təşkil edilmişdir.

2014-cü il üzrə “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafat 8 nominasiya üzrə verilmişdir.

Mükafatın təqdim etmə mərasimi 17 iyun 2014-cü il tarixində saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.

Press Reliz

Leave a Reply