“AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ İNKİŞAFI İLƏ BAĞLI UNİVERSAL DÖVRİ İCMAL ÇƏRÇİVƏSİNDƏ BMT-NİN İNSAN HÜQUQLARI ŞURASI TƏRƏFİNDƏN VERİLMİŞ TÖVSİYYƏLƏRİN İCRASI VƏZİYYƏTİNƏ” DAİR SEMİNAR-MÜZAKİRƏ, 18 İyun, 2014

Azərbaycan Respublikası hər 5 ildən bir BMT-nin İnsan Hüquqları Şurasına Universal Dövrü İcmal (UDİ) çərçivəsində ölkədə insan hüquqlarına dair vəziyyəti əks etdirən hesabat təqdim edir. UDİ çərçivəsində Azərbaycanın ilk hesabatı 2009-cu ildə, ikinci hesabatı isə 2013-cü ildə BMT tərəfindən baxılmış və insan hüquqlarının bir çox sahələri üzrə vəziyyətin yaxşılaşdırılmasına dair tövsiyələr verilmişdir.

UDİ prosesinə diqqəti cəlb etmək və 2013-cü ildə Azərbaycana verilmiş tövsiyələri müzakirə etmək məqsədilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Ümidli Gələcək Gənclər Təşkilatı və İnsan Hüquqlarının Monitorinqi üzrə Ekspertlər Qrupu tərəfindən “Azərbaycanda İnsan Hüquqlarının İnkişafı ilə bağlı Universal Dövri İcmal çərçivəsində BMT-nin İnsan Hüquqları Şurası tərəfindən verilmiş tövsiyyələrin icrası vəziyyəti” mövzusunda seminar-müzakirə təşkil edilmişdir.

Tədbir 18 iyun 2014-cü il tarixində saat 15.00-da Park İnn otelinin “Füzuli” zalında keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər və hüquq müdafiəçiləri iştirak etmişdir.

Press reliz

Leave a Reply