Archives for May2014


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

1 İYUN-UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ ÇƏRÇİVƏSİNDƏ “AZƏRBAYCANDA UŞAQ PROBLEMLƏRİ: REALLIQLAR VƏ PERSPEKTİVLƏR” İCTİMAİ DİNLƏMƏ VƏ “UŞAQ HÜQUQLARINI BİLƏK VƏ QORUYAQ” MÖVZUSUNDA SƏRGİ, 29 May, 2014

Azərbaycanda uşaq müdafiəsi sahəsinin inkişafına dəstək vermək üçün və cəmiyyətin diqqətini prioritetli məsələlərə cəlb etmək məqsədilə mütəmadi geniş müzakirələrin aparılması, habelə geniş əhali və, həmçinin  orta ümumtəhsil məktəblərin şagirdləri arasında uşaq hüquqları və BMT-nin Uşaq Hüquqları Konvensiyası barəsində maarifləndirmənin davamlı olaraq təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Ümidli Gələcək Gənclər Təşkilatı və katiblik funksiyasını yerinə yetirdiyi Uşaq Hüquqları üzrə QHT Alyansı müvafiq dövlət qurumları ilə əməkdaşlıqda hər il 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və həmçinin 20 Noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulu gününə həsr edilmiş silsilə tədbirlər həyata keçirir.

Bu il də Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Milli Məclisin Sosial Siyasət Komitəsi, Geniş Qaradəniz Regionu üzrə Uşaq Hüquqları naminə ChildPact Regional Koalisiyası ilə əməkdaşlıqda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Azərbaycanda Uşaq problemləri: Reallıqlar və Perspektivlər” ictimai dinləmə və “Uşaq hüquqlarını bilək və qoruyaq” mövzusunda sərgi təşkil edilmişdir.

Dinləmə və müsabiqədə qalib gəlmiş rəsmlərin sərgisi 29 may 2014-cü il tarixi saat 11.00-da Milli Məclisdə keçirilmişdir. Tədbirdə müvafiq dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak etmişdir.

Press Reliz