Archives for April2014


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

UŞAQ HÜQUQLARI ÜZRƏ QHT ALYANSLARININ BOLGARISTANDA GÖRÜSÜ, 28-30 Aprel, 2014

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı artıq uzun müddətdir ki. ölkədə uşaq hüquqlarının müdafiəsi üzrə yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının şəbəkəsini özündə birləşdirir və bu istiqamətdə uşaq müdafiəsi sisteminə öz töhvəsini verir. Ölkə daxilində həyata keçirilən işlərin beynəlxalq cəmiyyətdə tanıdılması məqsədilə 28-30 Aprel 2014-cü tarixlərində Bolqarıstanın Sofiya şəhərində Avropa QHT Koalisiyalarının Ümumi Yığıncağında iştirak edilmisdir. QHT Alyansı təmsil edəcək namizədin seçilməsi üçün ilk öncə xüsusi sorğu və səs vermə keçirilmişdi. Keçirilən sorğunun və səs vermənin yekunu olaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansını təmsil etmək üçün namizədlər arasından Ümidli Gələcək Gənclər Təşkilatının Yuvenal Ədliyyə Mərkəzinin direktoru seçilmişdi. Qeyd edilən Konfransda Geniş Qara Dəniz regionu üzrə ChildPactla əməkdaşlıqda həyata keçirilən “Uşaqlar Naminə” layihəsinin koordinatoru da iştirak etmişdir.

Görüşdə Alyansın gördüyü işlər, gələcək fəaliyyəti və perspektivləri haqqında danışılmış, həmçinin “Uşaqlar Naminə” layihəsi çərçivəsində ChildPactla əməkdaşlıqda həyata keçiriləcək tədbirlər müzakirə edilmişdir.

Tədbir müddəti ərzində QHT Alyanslarının nümayəndələri uşaq hüquqları sahəsində bilik və bacarıqlarını artırmaq, təcrübə mübadiləsini həyata keçirmək məqsədilə müxtəlif qrup işlərində iştirak etmişdilər.

Həmçinin, səfər zamanı Fransanın İnsan Hüquqları Universitetində konfransın iştirakçıları ilə Fransanın Bolqarıstandakı səfirinin və Sofiya şəhərinin Merinin görüşü təşkil edilmişdi.