“SOSİAL SİFARİŞ VƏ SOSİAL TƏHLÜKƏLİ ŞƏRAİTDƏ OLAN UŞAQLAR ÜÇÜN İCMA ƏSASLI SOSİAL XİDMƏTLƏRİN MODELLƏRİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA DƏYİRMA MASA, 10 Fevral,2014

QHT Alyansının apardığı çoxsaylı araşdırmalar, o cümlədən, 2010-2012-ci illərdə hazırladığı Alternativ QHT Hesabatına əsasən, Azərbaycanda uşaq müdafiəsi sisteminin inkişafı, əlilliyi olan uşaqların icma əsaslı reabilitasiyası, habelə onların və valideyn himayəsindən məhrum olmuş bütün uşaqların ailələrinə qovuşmasının, hüquqpozuntusu törətmiş və həmçinin cəzaçəkmə müəssisələrindən azad olunmuş, müxtəlif növ zorakılıq halları ilə üzləşmiş, cinayət əməllərin qurbanı olmuş uşaqların sosial inteqrasiyası, onların hüquqlarının müdafiəsi işinin uğurlu olması üçün icma əsaslı sosial xidmətlərin yaradılması xüsusi önəm daşıyır. Əhalinin sosial müdafiəsi zəif olan təbəqələrinin problemlərinin həllinə töhvə vermək, cəmiyyətin diqqətini həmin problemlərə cəlb etmək, habelə onların həllində QHT-hökumət  əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Uşaq Hüquqları üzrə QHT Alyansı iki illik ictimai vəkillik proqramı hazırlamışdır. Bu proqram çərçivəsində ilk dəyirmi masa Geniş Qaradəniz regionu üzrə Uşaq Hüquqları naminə ChildPact Regional Koalisiyası və Rumıniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Sosial sifariş və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün icma əsaslı sosial xidmətlərin modelləri və inkişafı perspektivləri” mövzusunda 10 fevral tarixində Park İnn otelində keçirilmişdir.

Tədbirdə müvafiq nazirlik və komitələrin, UNİCEF, digər dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatların, Azərbaycanda akkreditasiya olunmuş səfirliklərin və media nümayəndələrinin iştirak etmişdilər.

 

Press Reliz

 

Leave a Reply