“UŞAQLARIN ZORAKILIQDAN QORUNMASINDA SOSİAL SİYASƏTİN ROLU” MÖVZUSUNDA KONFRANS, 19 Noyabr,2013

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013) “Sosial Təhlükəli vəziyyətdə olan zorakılıq və cinayətin qurbanı olan uşaqların reabilitasiyası” layihəsi çərçivəsində mərkəz 2013-cü ilin İyun ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Bakı və regionlardan olan uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir. Bu günə kimi mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 160-dan çox uşaq və gənc reabilitasiyaya cəlb edilmişdir.

Qeyd olunan sahəyə diqqətin artırılması və 19 noyabr “Uşaqlara qarşı zorakılığın qarşısının alınması Beynəlxalq Gün” kimi qəbul olunduğu, habelə 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulu ilə əlaqədar Ombudsman tərəfindən “Uşaq Aylığı” elan edildiyini  nəzərə alaraq, 19 noyabr 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsisatı, UNİCEF ilə əməkdaşlıqda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Gənclər Təşkilatı “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfrans keçirilmişdir.

Konfransın təşkil olunmasında başlıca məqsədlər aşağıdakılardır:

  • Ölkədə uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərin və fəaliyyətlərin müzakirəsi;
  • Zorakılıq qurbanı olmuş uşaqlar üçün xidmətlərə dair məlumatların genişləndirilməsi;
  • Bu istiqamətdə əvvəlki illərin hazırkı statistik göstəricilərlə müayisəli təhlili;
  • Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üzrə müzakirələrin və yeni təkliflərin edilməsi.

 

Press Reliz

Leave a Reply