1 IYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFIƏSI GÜNÜNƏ HƏSR EDILMIŞ TƏDBIR, 1 Iyun, 2013

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı əhatə etdiyi 85-dən çox təşkilatın fəaliyyətlərini əlaqələndirməklə yanaşı, uşaqların hüquqlarının daha yaxşı müdafiə olunması və təbliğinin gücləndirilməsi məqsədilə paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın  müxtəlif regionlarında layihələr və sosial yönümlü tədbirlər təşkil edir, QHT-lərin fəaliyyətinə dəstək olur.

Bildiyiniz kimi, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda uşaq və gənclərin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların səfərbər olmasına nail olmaq, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumatı ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların iştirakını təmin etmək məqsədilə 1 İyun 2013-cü il tarixində Səbail Rayon İcra Hakimiyyəti və “World Vision International” təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə uşaqlara həsr edilmiş tədbir (uşaqların müxtəlif əl işləri, rəsm sərgisi, idmançıların nümunəvi çıxışları, uşaq öz fəaliyyət dərnəklərinin çıxışları və s.) keçirilmişdir.

Tədbirdə dövlət qurumları, biznes və beynəlxalq  təşkilatlarının, səfirliklərin və uşaq sahəsində çalışan QHT-lərin nümayəndələri iştirak etmişdilər.

Tədbir 1 İyun 2013-cü il,   saat 11.00 tarixində  Səbail rayonunda yerləşən Sahil bağında keçirilmişdir.

 

Press Reliz

Leave a Reply