“AZƏRBAYCAN UŞAQ QAYNAR XƏTT” XİDMƏTİNİN GÖRÜLMÜŞ İŞLƏR VƏ GƏLƏCƏK PLANLAR MÖVZUSUNA DAİR TƏDBİR, 20 Fevral, 2013

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti Niderlandın paytaxtı Amsterdamda yerləşən və 100-dən çox uşaq qaynar xətlərini özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xəttlər təşkilatının tam hüquqlu üzvüdür. 2008-ci ildən etibarən Azərbaycan Uşaq Qaynar Xətt Xidməti Beynəlxalq Uşaq Qaynar Xəttlər Təşkilatının İsveç, Rumıniya, İordaniya Krallığı, İspaniya, Yunanıstanda keçirilmiş Beynəlxalq və Regional Məsləhətləşmə Konfranslarında Azərbaycanı uğurla təmsil etmiş, digər ölkələrin qaynar xəttləri ilə məlumat, bilik və təcrübə mübadiləsi aparmışdır.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranmasında əsas məqsəd problemlə üzləşmiş hər bir uşağa psixoloji yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, onun müraciətlərini digər müvafiq xidmətlərə yönləndirilməsini təmin etmək və təxirəsalınmaz köməyin göstərilməsidir.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin 3 illiyi münasibətilə 20.02.2013-cü il tarixində Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində tədbir keçirilmişdir. Tədbir zamanı görülmüş işlər və gələcək planlar müzakirə olunmuşdur. Tədbirdə dövlət orqanları, qeyri – hökümət təşkilatları və tədbirin işıqlandırılması üçün media nümayəndələri də iştirak etmişdir.

 

Pess Reliz

 

Social tagging:

Leave a Reply