Biz kimik

Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansı (Azərbaycan QHT Alyansı) 2001-ci ildə Azərbaycan uşaqlarla və uşaqlar üçün fəaliyyət göstərən yerli QHT-lərin milli şəbəkəsi kimi uşaqların səsini daha yüksəkdən eşidilməsl və hökumət tərəfindən tanınması məqsədilə yaradılıb. QHT Alyansı qısa müddət ərzində Uşaqlar üçün Qlobal Hərəkat Dünya Kampaniyasının iştirakçısı və Azərbaycan üzrə əlaqələndiricisi olub. Yaranarkən Azərbaycan QHT Alyansının uşaqlar və qadınlarla işləyən vəvə ya uşaq və ailə məsələləri ilə maraqlanan 30 üzvü var idi. Uzvlər yerli və milli səviyyədə ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən geniş şəbəkəni təçkil etməklə uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının tədrisi, səhiyyə, sosial və mədəni məsələlər və s. sahələrlə fəaliyyət göstərirlər.
2001-ci ildən Azərbaycan QHT Alyansı Avropa və Mərkəzi Asiya regionun 27 ölkəsinin milli koalisiyalarının birliyini təşkil edən UNİCEF-QHT-nin Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı plkələrdə Uşaqlar üçün Regional Şəbəkəsinin üzvüdür. Şəbəkənin üzvü kimi Azərbaycan QHT Alyansı Berlin və Sarayevoda keçirilən Uşaqlar üçün Avropa və Mərkəzi Asiya Yararlə Regionu hökumətlərarası konfrasların iştirakçısı olub.

Məqsəd və vəzifələr:

  • Uşaq Hüquqları Konvensiyası haqda məlumatlandırmanın artırılması ilə uşaqların müdafiəsi;
  • Xüsusi proqram və fəaliyyətlər vasitəsilə Konvensiyanın tam həyata keçməsinə yardım və vasitəçilik etmə;
  • BMT-nin Uşaq Hüquqları Komitəsi ilə milli QHT-lər və ictimaiyyət arasında informasiya axınına yardım etmə;
  • QHT ictimaiyyıti, BQHT-lər, BMT agentlikləri arasında Konvensiyanın həyata keçirilməsi vaə monitorinqi məsələlərində əməkdaşlıq və informasiya mübadiləsinə yardım göstərmə;
  • Konvensiyanın əhatə etdiyi sahələrdə siyasət və strategiyaların hazırlanması və fəaliyyətlərin həyata keçirilmə;
  • Uşaq hüquqları və insan hüquqları məsələlərində uşaqların bəhrələnməsi üçün QHT-lərin milli öhdəliklərini artırmaq;
  • Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı təskilat kimi gücləndirmək;
  • Uşaqların qərarları qəbulu prosesində iştirakını artırmaq;
  • Azərbaycan Uşaqlar üçün Qlobal Hərəkata cəlb edilməsini və iştirakını daha da inkişaf etdirmək;

2004-2009-cı illər üçün fəaliyyətin əsas prioritet istiqamətləri:

  • Uşaq Hüquqları Konvensiyasının təbliği və icrasının monitorinqi;
  • Yuvenal Ədliyyə sistemində islahatlar;
  • Deinstitutlaşdırma və inklüziv təhsil məsələləri;
  • Uşaqlar üçün yararlı səhiyyə sistemi;
  • Uşaq alveri, uşaqların kommersiya məqsədləri ilə cinsi istismarı, uşaq pornoqrafiyası və uşaq fahişəliyi;
  • Uşaq əməyi və uşaqların istismarı;
  • Uşaq hüquqlarının müdafiəsi məqsədilə Uşaq Ombudsmanının yaradılması.
  • Əlilliyi olan uşaqların müdafiəsi

Leave a Reply